AZ

Azərbaycanda "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə dəyişib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Prezident İlham Əliyev "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib.
Oxu.Az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra sınaq müddəti müəyyən edilmiş şəxslər gömrük orqanlarında müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaqlar və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaqlar.
Bundan başqa, gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilməyəcək, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul edəcəklər.
Eyni zamanda, gömrük orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti araşdırma nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanacaq.
phrase_var_article.chosen
40
50
oxu.az

10phrase_var_article.sources