Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Suriya ilə bağlı mövqeyini dəstəklədiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında Türkiyənin cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün zəruri addımlar atdığını vurğulayıb.
Putin bildirib ki, Türkiyə regional sabitlik və təhlükəsizlik üçün vacib olan tədbirləri həyata keçirir. Onun sözlərinə görə, Ankara, sərhəd təhlükəsizliyi ilə bağlı fəaliyyətlərində beynəlxalq hüququn tələblərinə uyğun hərəkət edir.
Türkiyənin Suriya sərhədində apardığı hərbi və təhlükəsizlik əməliyyatları uzun müddətdir beynəlxalq gündəmin əsas mövzularından biridir. Bu açıqlama isə Moskva ilə Ankara arasında mövcud əməkdaşlıq və anlaşmanın davam etdiyini göstərir.
Musavat.com