"Sevilya" "Qarabağ"ın futbolçusu Olavio Juninyonun transferini yekunlaşdırmaq üzrədir.
Publika.az xəbər verir ki, bu barədə "Ficherio" nəşri məlumat yayıb.
Əndəlüs təmsilçisinin Azərbaycan çempionuna sonuncu təklifinin 3+1 milyon avro olduğu iddia olunur. 28 yaşlı hücumçu da "köhlən atlar"a onu buraxması üçün müraciət edib.
Qeyd edək ki, "Qarabağ" daha əvvəl Juninyo üçün "Sevilya"nın ilkin rəsmi təklifini rədd edib.