AZ

"Nədən HƏMAS danışıqlarda güzəştlərə meyl edir?" - Entoni Blinken

 
"Qəzza bölgəsində saxlanılan girovlar bir ay ərzində azad edilə bilər..."
 
Qəzza bölgəsində atəşkəs və girovların azad edilməsi ilə bağlı razılıq əldə etmək şansları artıb.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Nyu-Yorkda beynəlxalq münasibətlər üzrə Şurada çıxışı zamanı bəyan edib. Məlumatı "tass.ru" agentliyi yayıb.
 
Blinken deyib ki, HƏMAS anlayır ki, İran və Livanın "Hizbullah"' təşkilatının yardımına daha bel bağlaya bilməz. 
 
"Başlıca maneə HƏMAS olub, çünki, o, güman edib ki, genişmiqyaslı müharibə törədə və buraya İran və "Hizbullah"ı cəlb edə biləcək", - Dövlət katibi vurğulayıb.
 
"İndi isə onlar anlayır ki, "bu kavaleriya" gəlib onları xilas edə bilməyəcək, genişmiqyaslı müharibə haqqında isə heç düşünməyə dəyməz. Güman edirəm ki, bu, HƏMAS rəhbərliyinə buna son qoymağın zəruri olduğunu anladıb", - o, deyib.
 
Bununla birlikdə, Blinken əlavə edib ki, atəşkəs və girovların azad edilməsi barədə sövdələşmənin əldə edilməsinə zəmanət vermək olmaz.
 
"Mən buna ümid edirəm. Biz görəvimizin qalan müddətinin hər həftəsı, hər günü, hər dəqiqəsini bunun baş verməsi üçün istifadə edəcəyik. Lakin mən bunun baş verəcəyi ehtimalı barədə fal açmaq istəməzdim", - Blinken deyib.
 
Xəbər verildiyi kimi, Qəzzada münaqişənin nizamlanmasına dair İsrail ilə HƏMAS arasında aparılan danışıqların gedişində xeyli tərəqqi əldə edilib, bu barədə "Jerusalem Post" qəzeti məlumat yayıb. 
 
Nəşrin dəyərləndirməsinə görə, girov saxlanılanlar bir ay ərzində azad edilə bilər. Rəsmi şəxslərin deməsinə görə, danışıqlarda nikbin atmosfer hökm sürür. Bu məlumatı həmçinin HƏMAS və ərəb KİV-ləri də təsdiq edir. 
 
Məlumatlara görə, sövdələşmənin əldə edilməsində maneələrdən biri ondan ibarətdir ki, atəşkəsin birinci mərhələsinin 40-60 gün davam edəcəyi və Donald Trampın vəzifələrinin icrasına başlayacağından sonra bitəcəyidir.
 
HƏMAS bundan sonra Qəzza bölgəsində hərbi əməliyyatların başlayacağı və ikinci mərhələnin, sadəcə, olmayacağından ehtiyat edir.
Seçilən
12
moderator.az

1Mənbələr