AZ

İcma: "Fransa səfirinin açıqlaması ksenofob mahiyyət daşıyır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Fransanın Azərbaycandakı səfiri Ann Buayonun açıqlaması ksenofob mahiyyət daşıyır və bu mənada, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrelin "Avropa bağdır, qalan dünya isə cəngəllik" məzmunlu irqçi tezisinin davamıdır".
Oxu.Az xəbər verir ki, bu fikir Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.
Məlumatda qeyd olunub ki, bütün bunlar Fransa diplomatiyasının iflasının, düşdüyü acınacaqlı vəziyyətin daha bir bariz nümunəsidir.
"Son günlər bəzi Qərb ölkələrinin daim əllərində bayraq etdikləri "söz azadlığı", "fikir müxtəlifliyi"nə nə qədər dözülməz münasibət bəsləmələrinin bir daha şahidi oluruq. Fransanın Azərbaycandakı səfiri tez-tez Azərbaycana qarşı "dahiyanə" tvitlər yazan Ermənistandakı səfir həmkarından geri qalmamaq niyyətinə düşüb, lakin onun da tviti həmkarında olduğu kimi, çox uğursuz alınıb", - bəyanatda deyilir.
Seçilən
29
oxu.az

1Mənbələr