İsrail qüvvələri bu gün İordan çayının qərb sahilində növbəti həbslər həyata keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı (FAT) məlumat yayıb.
Məlumatda deyilir ki, Ramallah, Nablus, Hebron, Tülkərim və Cenin şəhərlərində aralarında 2-si uşaq olmaqla, daha 14 fələstinli tutulub: "İsrail hərbçiləri hər zamankı kimi, basqınlar zamanı fələstinlilərin evlərinin dağıdıb, tutulan şəxslər və ailələrini alçaldıb,I onları döyüblər..."
Tahir Şəlvəli
MİA.AZ