Dünyada ordusu olmayan ölkələrin siyahısı açıqlanıb. Həmin ölkələrin heç bir hərbi birləşməsi yoxdur.
Ordusu olmayan ölkələr öz təhlükəsizliyini təmin etmək üçün çox vaxt beynəlxalq müqavilələrə və ittifaqlara arxalanırlar.
Bu ölkələr hərbi xərclərdən xilas olmaqla əldə etdikləri gəlirləri təhsil, səhiyyə və infrastruktur kimi sahələrə yönəltmək imkanı əldə edirlər.
Bu yolla da onlar öz vətəndaşlarının rifahını yaxşılaşdırmaq və davamlı inkişafı təşviq etməyi hədəfləyirlər.
Ölkə.Az xəbər verir ki, "World Population Rewiev" ordusu olmayan 10 ölkənin adını açıqlayıb. Bunlar arasında dünyada yetərincə tanınan ölkələr də var.
1. San Marino - Avropada bir ölkədir. Müdafiəsinə İtaliya məsuliyyət daşıyır.
2. Monako - Avropada yerləşir. Müdafiəsinə Fransa məsuldur.
3. Hong Kong - Cənub-Şərqi Asiyada, Sakit okeanda yerləşən ada ölkədir. Müdafiəsi Çinin üzərinə düşür.
4. Puetro Riko - Karib dənizində bir ölkədir. Müdafiəsinə ABŞ məsuliyyət daşıyır.
5. Samoa - Cənubi Sakit okeanda ölkədir. Müdafiəsinə Yeni Zelandiyan məsuliyyət daşıyır.
6. Panama - Amerika qitəsində yerləşir. Ordusu 1990-cı ildə ləğv edilib. Məhdudlaşdırılmış hərbiləşdirilmiş xüsusi bölmələri var.
7. Kosta Rika - 1948-ci ildə hərbi xidmət ləğv edilib. Mütəxəssis polis bölmələri ABŞ və Kolumbiya tərəfindən hazırlanıb.
8. Qrenlandiya - Ordu 1983-cü ildə buraxılıb. Ölkə Karib Regional Təhlükəsizlik Sistemi (RSS) tərəfindən qorunur.
9. Andora - Avropada yerləşir. Müdafiəsinə İspaniya və Fransa məsuliyyət daşıyır.10. İslandiya - Müdafiəsini NATO həyata keçirir.
Mürtəza
Ölkə.Az