AZ

Aygün Əliyeva: “Azərbaycan xalqının ən vacib ehtiyaclarından biri mina problemi ilə mübarizədir”

“Bəzi beynəlxalq təşkilatlar Azərbaycan cəmiyyətinin ehtiyaclarına xidmət etməyən və dəyərlərinə uyğun olmayan layihələr təklif edirlər”.

Editor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Qalib Lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda konfransda iştirakçıların suallarını cavablandırarkən deyib.

O bildirib ki, bu gün Azərbaycan xalqının ən vacib ehtiyaclarından biri mina problemi ilə mübarizədir:

“Təəssüf ki, bu məsələyə beynəlxalq təşkilatlar maliyyə ayırmırlar. Cəmi bir neçə cüzi təşəbbüsdən başqa demək olar ki, bu istiqamətdə işlər ancaq dövlətimizin öz gücü hesabına icra edilir”.

O, həmçinin insan hüquqları adı altında bəzi “rəngli həyat tərzini təbliğ edən layihələr”in ölkədə tətbiqinin təklif edildiyini vurğulayıb:

“Azərbaycanda qeyri-hökumət təşkilatlarının xarici qüvvələrin təsiri altında olan qüvvələrdən maliyyə dəstəyinə ehtiyacı yoxdur. Bu gün ölkəmizdə QHT layihələrinə maliyyə dəstəyi göstərən 10-dan artıq dövlət qurumu var, yalnız agentlik son 3 ildə QHT-lərin 1800-dən artıq layihə və təşəbbüslərinə maliyyə dəstəyi ayırıb”.

Seçilən
24
3
editor.az

4Mənbələr