Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkədə oğlu ilə bağlı paylaşım edib.
Modern.az-ın məlumatına görə, Mixail Saakaşvili dekabrın 19-da oğlu Nikolozun 19 yaşının tamam olduğunu bildirib və onu təbrik edib.
“O, indi hansısa uzaq Asiya ölkəsindədir (heç hansında olduğunu da demirik) və orada xarici dil öyrənir. Bundan əvvəl məktəbdə oxuyarkən yapon dilini yaxşı öyrənib.
Bir ilə yaxın Tbilisidə Bolt kuryer işləyib…
Nikuşanı vaxtilə Ukrayna və Polşanın o vaxtkı prezidentləri Viktor Yuşşenko və Lex Kaçinnski xaç suyuna salmışdılar..
Oğluma çox şey borcluyam… Onun cəmiyyətə xidməti, başqalarına kömək etməsi və eyni zamanda güclü xasiyyəti olduğunu dəqiq bilirəm.
Əminəm ki, Gürcüstan və dünya üçün məndən daha çox şey edəcək”, - Saakaşvili bildirib.
Xatıradaq ki, Mixail Saakaşvili əvvəllər Niderland əsilli Sandra Rulofs ilə evli olub. Onların Eduard və Nikoloz adlı iki oğlu övladı var.