AZ

4 yaşlı Atilla dünya işığına həsrət qalıb: Ən böyük arzusu anasını görməkdir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



4 yaşlı Atilla Nəcəf oğlu Mayılov bir neçə xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun atası Mayılov Nəcəf məlumat verib.
O qeyd edib ki, övladı epilepsiya, hidrosefaliya, braxasefaliya, kəskin əzələ gərginliyi və görmə sinirinin hissəvi atrofiyası kimi xəstəliklərdən əziyyət çəkir:
"Bu xəstəliklərin müalicəsi müxtəlif dərmanlarla davam etdirilir. Gözləri isə sadəcə güclü işığı görə bilir. Xəstəliyin müalicəsi Başqırdıstan, Ufa şəhərində "Alloplant" xəstəxanasında bir neçə mərhələdə edilir.
Bunun üçün 30 min manata ehtiyacımız var. Məbləğin 10 min manatı toplanılıb. Sizlərə üz tuturam, geri qalan məbləği yığmağımız üçün əlimizdən tutun. Övladım uşaqlığını yaşaya bilməyəcək, heç olmasa, bundan sonra onun üçün yaxşı olsun. Atillanın ən böyük arzusu anasını görməkdir. O, əlləri ilə anasına toxunub onu hiss etməyə çalışır. İmkanlı şəxslərdən xahiş edirəm, balama dünya işığını görmək üçün yardım etsinlər. Qalan məbləği tamamlayaraq onun müalicəsi üçün başlayaq".
Əlaqə nömrəsi: 055 512 15 66
Kapital bank
4169 7388 3381 3276
phrase_var_article.chosen
54
50
oxu.az

10phrase_var_article.sources