AZ

Gürcüstan rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edildi

Böyük Britaniya sanksiya siyahısına Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurini, onun müavini Aleksandr Daraxvelidzeni və Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin rəisi Sulxan Tamazaşvilini daxil edib.

Qara siyahıya Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə departamentinin rəhbəri, Gürcüstan xüsusi təyinatlılarına rəhbərlik edən Zviad Xarazişvili, həmçinin onun müavini Mileri Laqazauri də daxil edilib.

Görülən tədbirlərin əsaslandırılmasında deyilir ki, Gürcüstan hüquq-mühafizə orqanlarının rəhbərliyi “insan hüquqlarının pozulmasına bərabər hərəkətlərə görə məsuliyyət daşıyır”.

 

Nigar

phrase_var_article.chosen
26
1
oxu24.com

7phrase_var_article.sources