AZ

"Kontakt Home" vətəndaşa sınıq televizor satıb- Şikayət

"Kontakt Home" vətəndaşa sınıq televizor satıb- Şikayət

Daha bir müştəri "Kontakt Home"dakı xidmətdən narazılıq edir.

Qlobal.net xəbər verir ki, bu dəfə narazılıq "Kontakt Home"un Xalqlar Dostluğu filalındandır.

Belə ki, "Müştəriyəm şikayətim var" qrupunda paylaşılan şikayət postunda Fidan Qasım adlı facebook istifadəçisi qeyd edib ki, mağazadan televizor alıblar, şirkət çatdırılmanı 6 gün gecikmə ilə həyata keçirib:

"Sözügedən mağazadan televizor aldıq, dediler 6 gün ərzində catdırılma olacaq. Amma, təəssüf ki, televizoru 12 gündən sonra gətirdilər. Televizoru çatdıran günü, evdə yaşlı qaynana olub, ona təhvil-təslim etməyiblər, açıb göstərməyiblər, qutunu bağlı qoyub, gediblər. Axşam işdən gələndə, qutudan çıxaranda gördük ki, ekranda çat var. Səhəri gün gedib onlara şikayət etmişik, dedilər araşdıracaqlar. Dekabrın 6-dan indiyədə iki gündən bir mağazaya gedirik, narazılıq edirik, xeyri yoxdur. Dünən bizə dedilər ki, guya biz özümüz onu sındırmışıq. Amma, sonra bizi baş ofisə qəbula yazdılar. Belə çətin zamanda, camaatı aldadıb, pul qazanmaq haramdır. Xahiş edirik ki, bizə yardım edəsiniz".

Seçilən
21
qlobal.net

1Mənbələr