AZ

Səudiyyə Ərəbistanı və ABŞ neft ixracını artırıb

Səudiyyə Ərəbistanında oktyabr ayında neft ixracını 3 faiz artırıb.

Musavat.com Joint Organization Data Initiative (JODI) saytına istinadən xəbər verir ki, bu zaman hasilat həcmi azalıb – sentyabrdakı gündəlik 8,975 milyon bareldən 8,972 milyon barelədək.

İxracın həcmi sentyabrda gündəlik 5,751 milyon barellə müqayisədə 5,925 milyon barel təşkil edib. Eyni zamanda 2023-cü ilin oktyabr ayı ilə müqayisədə bu rəqəm 5,9 faiz azalıb.

Venesuelada neft hasilatı sentyabrdakı sutkada 943 min barelə qarşı oktyabrda 989 min barelə yüksəlib. Bir il əvvəl bu rəqəm 786 min barel idi. Ölkənin neft ixracı sentyabrdakı 662 min barel və bir il əvvəlki 528 min barellə müqayisədə oktyabrda 690 min barelə çatıb.

JODI-nin ilkin hesablamalarına görə, ABŞ oktyabrda neft hasilatını əvvəlki aydakı 13,204 milyon barellə müqayisədə 2,2 faiz artıraraq sutkada 13,49 milyon barelə çatdırıb. İl ərzində bu göstərici 2,6 fazi artıb.

Təşkilatın hesablamalarına görə, Amerika neft ixracı oktyabrda 3,832 milyon barel təşkil edib, halbuki sentyabrda 3,722 milyon barel (3 faiz artım) və 2023-cü ilin oktyabrında 4,112 milyon barel (6,8 faiz azalma) olub.

Musavat.com

Seçilən
22
1
musavat.com

2Mənbələr