Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, Ukrayna hakimiyyəti ölkədə səfərbərlik yaşını azaltmağın mənasını görmür, çünki artıq hərbi xidmətə çağırılmış döyüşçülərin kifayət qədər silahı yoxdur.
Oxu24.com xəbər verir ki, O, “Strana.ua” nəşrinə bildirib.
“Səfərbərlik yaşının aşağı salınması ilə bağlı. Bir adam qarşınızda silahsız dayanırsa, o zaman 20 ya 30 yaşının nə fərqi var? Tərəfdaşlar hərbçilərin fiziki imkanlarına diqqət yetirirlər, lakin bizim briqadalarımız “çılpaqdır”, Zelenski deyib.
Dekabrın əvvəlində “The Washington Post” qəzeti ABŞ-da ölkədə səfərbərlik yaşını 18 yaşa endirmək istəməyən Ukrayna rəhbərliyindən məyusluğun artdığını yazmışdı. Eyni zamanda ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken açıq şəkildə bəyan edib ki, Amerika administrasiyasında Ukraynada gənclərin səfərbər olunmasının zəruriliyi ilə bağlı fikir var.
Kiyev hərbi xidmətə çağırış yaşının aşağı salınması təşəbbüsünü rədd edib.
Nigar