AZ

3 gün öncə qovulan məşqçi geri döndü

Xəbər verdiyimiz kimi çıxış etdiyi 4-cü divizionda inamla turnir cədvəlinə başçılıq edən ''Bursaspor'' bu günlərdə baş məşqçi Pablo Martin Batalya ilə yollarını ayırmışdı.

Klub prezidenti Enes Çelik paylaşımında məşqçilər korpusuna yeni isim daxil etmək istədiklərini, argentinalı mütəxəssisin bununla razılaşmadığını və ayrılığın da məhz bu üzdən baş tutduğunu açıqlamışdı. Bu olay Türkiyə çempionatında çempionluq yaşamış 5 camiədən biri olan ''Bursaspor''u sözün əsil mənasında iki yerə bölmüşdü.

Bəziləri klubun əfsanələrindən olan Batalyanın qaytarılmasını tələb edirdisə, digərləri rəhbərliyin qərarını dəstəkləyirdi. Hətta klubun başına keçməyə əsas namizəd də bəlli idi. Bu, 10 il ''Altınordu''nu çalışdıran, eləcə də 2023-də ''Samsunspor''u elitaya yüksəldən Hüseyin Eroğlu idi. Onun ''timsahlar''ın son iki oyununu stadiondan izlədiyi də məlum olmuşdu. Amma görünür, rəhbərlik təzyiqlərdən sonra geri addım atmalı oldu.

Klubdan verilən rəsmi açıqlamada Batalyanın yenidən baş məşqçi vəzifəsinə qaytarıldığı açıqlandı. Başqa ölkədə bele şey böyük sürpriz kimi qiymətləndirilərdi. Amma bu, qəribəliklərlə dolu olan Türkiyə futbolu üçün heç də yeni bir durum deyil.

ƏLİ

Seçilən
30
football-plus.az

1Mənbələr