AZ

Mühəndis -VAKANSİYA

"Norm" ASC, Beton laboratoriyası mühəndisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

İş yeri: Qaradağda yerləşən zavod ofisi və şəhər ofisi

Tələblər: 

  • Əlaqədar ixtisas üzrə ali təhsil
  • Əlaqədar sahə üzrə ən azı 1-2 il iş təcrübəsi 
  • Sement/beton/aqreqatlar/kimyəvi qarışıqlar üzrə biliklər
  • Sement, beton və aqreqatlarla bağlı bütün mövcud standartlar (EN, ASTM, GOST və s. kimi) barədə anlayış;
  • Sement və beton laboratoriyasının avadanlıqlarının istifadə qaydası
  • Laboratoriya avadanlıqlarındakı nasazlıqla bağlı qeydlərə və onların texniki xidmət dövrlərinə nəzarət etmək bacarığı;
  • Beton xammal materialları, kimyəvi ara qatlar və ya sement məhsullarından nümunənin götürülməsi və yoxlanılması barədə bilikləri;
  • İngilis dilində yaxşı səviyyədə danışmaq və yazmaq bacarığı
  • MS Office proqramlarından istifadə bacarığı

Əsas vəzifə və öhdəliklər:

  • Laboratoriya avadanlıqlarının daimi saz vəziyyətdə olmasının təmin edilməsi 
  • İşlərin səmərəliliyini təmin etmək üçün iş qrafiklərinin hazırlanması 
  • Laboratoriya cihazlarının Keyfiyyətə Nəzarət Planlarının  tələblərinə əsasən uyğunluğunu təmin etmək
  • Laboratoriya əməkdaşlarının laborator avadanlıqlar və sınaqlar haqda biliklərinin artırılması üçün təlimlərin keçirilməsi
  • Məhsulun keyfiyyətinin monitorinqi, keyfiyyət dəyişikliklərinin təhlili və zəruri tədbirlərin təklif edilməsi
  • Keyfiyyətin itirilməsinin və uyğunsuzluqların əsas səbəblərinin aşkarlanması və hesabat təqdim edilməsi
  • Laboratoriya və sənaye sınaqlarının planlaşdırılması və həyata keçirilməsi, əlaqədar şöbələrlə birlikdə hesabatların hazırlanması
  • Laboratoriya avadanlıqlarının anbardakı sayına nəzarət edilməsi və ehtiyac yarandığı halda yenisinin alınması üçün sifariş verilməsinin təşkili
  • Məhsullar üzrə bazarda tələb olunan keyfiyyət sertifikatların/hesabatların müştərilərə təqdim edilməsi 
  • Keyfiyyətlə bağlı şikayətlərin araşdırılması, təhlili və həll edilməsi 
  • Müştəri şikayətlərinin vaxtında TMS Pro proqramına daxil edilməsi
  • Hədəf qrupların texniki biliyinin mövcud səviyyəsinin təyin edilməsinə dəstək
  • Yeni məhsullarla bağlı bazarın monitorinqi (beton və məhlullar üçün xammal) 
  • Təqdim olunan məhsullar və xidmətlərin müştərilərin təlabatlarına uyğunlaşdırılması üçün əlaqəli şöbələr ilə əməkdaşlıq
  • Müştərinin istehsalat sahəsində qarşılaşdığı çətinliklərin həll edilməsi üçün müvafiq qarışım dizaynının hazırlanması və tətbiqi
  • Yenilənən standartları təlimatlara uyğunlaşdırmaq
  • Norm məhsullarını və xidmətlərini tanıtmaq məqsədilə reklam fəaliyyətində (tədbirlər, konfranslar və sərgilər) iştirak etmək.

Qeyd: İlkin mərhələdə əmək müqaviləsi 1 il müddətinə imzalanacaq

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Zemfira Ms
Fins.az

Seçilən
6
fins.az

1Mənbələr