AZ

Luis Enrike PSJ üçün ilin yekunlarını açıqladı

Fransa nəhəngi PSJ-nin baş məşqçisi, ispan mütəxəssis Luis Enrike komandası üçün geridə qalmaqda olan ilin yekunlarını açıqlayıb.

Arena.az “Ekip” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən yalnız yaxşı xüsusları dilə gətirə bilərəm. Biz irəliləyirik, indi PSJ-də hər şey bir oyunçudan yox, komanda oyunundan asılıdır. İlin nəticələri çox müsbətdir, baxmayaraq ki, mən, Çempionlar Liqasında bizim daha çox xala layiq olduğumuza inanıram. Mövsümün sonunda isə gözlənilən səviyyədə olub-olmadığımızı görəcəyik”, deyə Luis Enrike vurğulayıb.

Fransa Liqa 1-in 16 oyunundan 40 xalla PSJ yarış cədvəlinin zirvəsində qərarlaşıb. Çempionlar Liqasının 6 turundan sonra isə PSJ Liqa mərhələsinin yarış cədvəlində 25-ci pillədədir. Bu yer ələmə mərhələsinə vəsiqə verməsə də, Fransa nəhənginin mötəbər yarışda taleyi öz əlindədir. Bunun üçün PSJ-nin qarşıdakı iki oyunda qələbə qazanması kifayətdir.

phrase_var_article.chosen
11
arena.az

1phrase_var_article.sources