AZ

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə üzvlüyünü dəstəkləyən ölkələrə təşəkkürünü bildirib

Bu gün Qahirədə elan edilən Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlüyünü dəstəklədikləri üçün Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş dövlət və hökumət başçılarına təşəkkürümü bildirirəm.

"Operativ Media" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə paylaşım edib.

Azərbaycanın namizədliyinin dəstəklənməsi xalqlarımız arasında səmimi dostluq və əməkdaşlığın rəmzidir.

Türkiyənin təşəbbüsü ilə yaradılan D-8 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfədir ki, genişlənmə ilə bağlı qərar verilir. Bu, bizim üçün qürur mənbəyidir.

Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın gələcək inkişafı və İslam həmrəyliyinin möhkəmlənməsi üçün səylərini əsirgəməyəcək

phrase_var_article.chosen
14
operativmedia.az

1phrase_var_article.sources