AZ

Bu üç top-klub onu izləyir

"Mançester Siti", "Arsenal" və "Çelsi" Moskvanın "Spartak" klubunun hücumçusu Manfred Uqalde ilə maraqlanır.

90deqiqe.Az "TBR Football"a istinadən xəbər verir ki, adıçəkilən ingilis nəhəngləri gələn yanvarda  22 yaşlı futbolçunu almaq cəhdi edə bilər. Kosta-rikalı futbolçunun müqaviləsində 25 milyon funt sterlinq (30 milyon avro) olan təzminat bəndinin olduğu vurğulanır.

“Arsenal” və “Çelsi” hazırda yeni hücumçu axtarışındadır. Öz növbəsində, "Mançester Siti" Uqaldeni tanıyır, çünki 2020-ci ildə Kosta Rikada futbolçunu kəşf edən və onu Avropaya öz komandalarından birinə gətirən "City Group" holdinqi idi.

Bu mövsüm Uqalde bütün yarışlarda 22 matçda iştirak edib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.

phrase_var_article.chosen
15
90deqiqe.az

1phrase_var_article.sources