AZ

“Ən gözəl terrorçu” – Administrasiya əməkdaşı 21 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ – FOTOLAR

Belqorod vilayətinin administrasiyasının keçmiş əməkdaşı 21 il müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Belqorod vilayətinin administrasiyasının keçmiş əməkdaşı terrorizmi təbliğ etdiyinə görə 21 il müddətinə azadlıqdan məhrum edilib.

Viktoriya Şinkaruk Ukraynada gizlənən keçmiş əri Yevgeni Kiseldən kartla 100 min rubldan çox pul almaqda və pulu gizli saxlanca yerləşdirməkdə ittiham olunurdu.

Şinkaruk Rusiya Federasiyası Cinayət Məcəlləsinin beş maddəsi, o cümlədən “terror birliyində iştirak” və “terror aktına hazırlıq” ilə ittiham olunub.

Müstəntiqlər hesab edirlər ki, Şinkaruk və onun şəriki partlayıcı maddələrin gizləndiyi yerlərə daşınmasında, həmçinin pul köçürməsində iştirak edib.

O, günahını boynuna almayaraq, pulu ərinin istəyi ilə köçürdüyünü və gözlənilən terror aktlarından xəbərinin olmadığını bildirib.

Prokurorluq qıza 21 il həbs cəzası istəyib, məhkəmə ittiham tərəfinin dəlilləri ilə razılaşıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
35
interpress.az

1Mənbələr