"Barselona" "Mançester Yunayted"in 27 yaşlı cinah oyunçusu Markus Reşfordu komandanın yarımmüdafiəçisi Frenki de Yonqla dəyişmək üçün "Qırmızı Şeytanlar"la danışıqlar aparır.
90deqiqe.Az "El Nacional"a istinadən xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Ruben Amorim hesab edir ki, de Yonq komandanın yarımmüdafiəsinin keyfiyyətli əlavəsinə çevrilə bilər. Eyni zamanda portuqaliyalı mütəxəssis Reşfordun “Mançester Yunayted”dən ayrılmasını istəyir, nəticədə hücumçu “Barselona”ya təklif olunub.
Bundan əvvəl mətbuatda “qırmızı şeytanlar”ın qış transfer pəncərəsində Reşfordu satmağa hazır olduğu haqda məlumatlar yayılmışdı.