AZ

NATO-Rusiya müharibəsi- İlham Əliyev qlobal apokalipsisə qarşı üsul təklif etdi...

Image

Azərbaycanın xarici siyasəti və beynəlxalq əməkdaşlıq məsələlərində əldə etdiyi nailiyyətlər bu gün bir çox ölkələr tərəfindən əsl uğur nümunəsi kimi qəbul edilir. Mürəkkəb və çoxtərəfli proses çərçivəsində yürüdülən xarici siyasət ölkəmizin beynəlxalq aləmin önəmli subyektinə çevrilməsinə şərait yaradır. 

Buna xüsusən də geosiyasi vəziyyətin həddən artıq qarışıq olduğu indiki dönəmdə nail olunması heç də asan məsələ deyil.

Təbii ki, belə bir şəraitdə Azərbaycanın əks mövqedə dayanan qüvvələri bir araya gətirməsi də daha asan olur. Qeyd edilənlər fonunda bu gün Qərb və Rusiya arasndakı ziddiyyətlərin Azərbaycanın vasitəsilə çözümü tamamilə mümkün hesab edilir. Rusiyada nəzərə alınır ki, Azərbaycanın Qərb dünyası ilə də yüksəksəviyyəli münasibətləri mövcuddur. Eyni yanaşma Qərbdə də mövcuddur, ölkəmizn Moskva ilə əlaqələrində  harmoniya mütləq şəkildə nəzərə alınır. Elə bu kontekstdə perspektivdə Rusiya ilə Qərb ölkələri arasında münasibətlərin normallaşmasında Azərbaycanın vasitəçilik xidmətlərindən istifadə olunması istisnalıq təşkil etmir. Qeyd edilməlidir ki, buna qədər Rusiya və NATO-nun yüksəksəviyyəli hərbi təmsilçilərinin bir neçə dəfə Bakıda görüşü təşkil edilib və bu təcrübənin davam etdirilməsi mümkündür. Barəsində bəs edilən məsələ haqqında prezident İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə xüsusi danışıb. Dövlət başçısı öncə diqqətə çatdırıb ki, Rusiya və NATO arasında qarşıdurma bütün dünya üçün fəalkətli nəticəlırə gətirib çıxarmaq iqtidarındadır: “Mən yenə də ümidvar olduğumu bildirmək istəyirəm ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq. Birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi, mən yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin”.

Mövcud vəziyyətdə tərəflərin aralarındakı ziddiyyəti çözmək üçün Azərbaycan vasitəçilik missiyasını yerinə yetriməyə hazırdır. Bu xüsusda dövlət başçısı qeyd edib: “Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, – gərginliyin azaldılması – “detente”. Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Burada Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Axı bu, təsadüfən seçilməyib. Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq”. Rusiya və Qərbdə nəzərə alınr ki, Azərbaycanın xarici siyasəti çoxvektorludur. Qarşılıqlı münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatda, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraqlara və səmərəli əməkdaşlığa əsaslanır. Bu vəziyyətdə xarici siyasət nəticəsində beynəlxalq münasibətlərin tamhüquqlu subyekti kimi ölkəmizin beynəlxalq səviyyədə mövqeyi möhkəmlənir və nüfuzu artır, qlobal və regional proseslərə müsbət təsir imkanları güclənir. Azərbaycanın xarici siyasəti tarazlaşdırılmış və çoxqütblü fundamental əsaslarla həyata keçirilir.  Ümumiyyətlə, Azərbaycanın müstəqil və şəffaf xarici siyasət kursu var. Eyni zamanda, Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini əsas götürərək bərabərhüquqluluq, daxili işlərə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlıq, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərini rəhbər tutur. Belə şəraitdə fakt həm də odur ki, dünya hələ də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin pozulması ilə üzləşir. Bunun bərpası isə böyük güclərin dialoqundan əhəmiyyətli dərəcədə asılıdır. Azərbaycan belə bir dialoq üçün bütün imkanlarını səfərbər etməyə və lazımı köməkliklər göstərməyə hazırdır.

Ramil QULİYEV





Seçilən
19
2
baki-xeber.com

9Mənbələr