AZ

"Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq" - Erməni baş nazir

"Ermənistan sülh sazişi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını geri götürməyə hazırdır".

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O bildirib ki, burada iki nüans var:

"Bunlardan biri odur ki, hazırda beynəlxalq məhkəmələrdə müzakirə olunan fərdi humanitar məsələlərin ikitərəfli həlli üçün başa düşülən perspektivi olmalıdır. İkincisi, aydın olmalıdır ki, beynəlxalq platformalarda digər məsələlərlə bağlı mübahisələri geri götürdükdən sonra tərəflər ikitərəfli münasibətlərin gündəliyində eyni məsələləri ortaya qoymayacaq və onları davamlı gərginlik mənbəyinə çevirməyəcək" - Paşinyan deyib.

Paşinyan bundan başqa Ermənistanın fərdi humanitar məsələlər baxımından da həll yolları axtardığını deyib:

"Biz təkcə mübahisələrin beynəlxalq məhkəmələrdə həllindən deyil, mübahisələrin özündən də imtina edəcəyik. Biz bu yolu tutmağa hazırıq" - o,bildirib.




Müəllif: Arzu
Seçilən
29
13
teleqraf.com

10Mənbələr