AZ

Çarpayıda gizlənən ilan qadını sancdı

Yatmazdan əvvəl yastıqlarını çırpan qadını, yatağında gizlənən ilan sancanda çox təəccüblənib.

Lent.az-ın xarici KİV-ə istinadla bildirdiyinə görə, Oklahoma (ABŞ) sakini Donna Bratçun gecə yatmaq istəyərkən yastığının altında gizlənən ilan onu sancıb. Qadın çox narahat olub, çünki ilanın zəhərli olub-olmadığını bilməyib.

Yataqdakı çağırılmamış qonaqdan xilas olmaq üçün Bratçun ərinə üz tutub. O, əlcək və plastik qabla ilanı çölə çıxarıb və dərhal arvadını arxayın edib, bunun öküz ilanı olduğunu və zəhərli olmadığını bildirib.

Hadisədən xəbər tutan vəhşi təbiət mütəxəssisi Kayla Cob deyib ki, bu növlər tez-tez soyuq düşəndə sığınacaq tapmaq üçün evlərə girir. O eyni zamanda qeyd edib ki, bu növ ilan faydalıdır, çünki gəmiricilərlə qidalanır, bağı və tərəvəz sahəsini qoruyur.
phrase_var_article.chosen
21
sherg.az

1phrase_var_article.sources