AZ

Maşını yolun ortasında qapısı açıq saxlayıb təhlükə yaratdı

Bakıda dayanma-durma qaydasını pozan sürücü hərəkətə çətinlik yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 19-da, paytaxtın Xətai rayonu, Vunqtau küçəsində baş verib.

Belə ki, 77-KP-729 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü sağ zolağın avtobuslar üçün olduğunu görərək ikinci cərgədə dayanıb. Avtomobildə olan sərnişinlər düşərək yolun kənarına doğru gediblər. Lakin sürücü dayanmağa davam edərək arxadan gələn avtomobillərin yolunu kəsib.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manatlıq məbləğində cərimə nəzərdə tutulub.

 

Fərid

Seçilən
29
avtosfer.az

1Mənbələr