...Bloomberg məlumatlı mənbələrə istinadən xəbər verir ki, G7 (Böyük Yeddilik) ölkələri Rusiya neftinin qiymət tavanını sərtləşdirməyin yollarını müzakirə edir.
Xüsusilə, qiymət tavanı mexanizminin Rusiya xam neftinin emalına tam qadağa qoyulması ilə faktiki olaraq dəyişdirilməsi nəzərdən keçirilir.
SİA-nın məlumatına görə, agentliyə mənbələr bildiriblər ki, G7 həmçinin qiymət həddinin indiki 60 dollardan təxminən 40 dollara endirilməsi imkanını müzakirə edir.Bloomberg-in həmsöhbətlərinin sözlərinə görə, müzakirələr hələ də davam edir və təşkilatda növbəti addımlar barədə konsensus yoxdur.
Əli Babayev