AZ

Bundesliqada ayın ən yaxşı oyunçusu bilindi

Almaniya Bundesliqasında noyabr ayının ən yaxşı oyunçusu seçilib. 

Fanat.Az xəbər verir ki, "Ayntraxt Frankfurt"un hücumçusu Ömər Marmuş bu ada yiyələnib.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. 

Xatırladaq ki, Marmusun hücum xəttində yer aldığı “Ayntraxt” Almaniya çempionatının cari mövsümündə çempionluğa namizədlərdən biridir. 

Noyabrdakı üç matçda Ömər "qartallar"ın heyətində iki qol vurub və dörd məhsuldar ötürmə verib. 
Yeri gəlmişkən, “Ayntraxt” bu üç görüşün hər birində qalib gəlməyi bacarıb. 

Xatırladaq ki, hazırda "Ayntraxt"ın 29 xalı var və turnir cədvəlində "Bayern Münhen"dən 4 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Mirağa 

phrase_var_article.chosen
8
1
fanat.az

2phrase_var_article.sources