AZ

Ermənistan üçüncü müharibəyə hazırlaşır? – Əliyevdən kritik açıqlama

  Məlum olduğu kimi, Ermənistan son illər sülh müqaviləsinin imzalanması prosesini ləngidəcək yanaşma nümayiş etdirir. İrəvan Minsk qrupunun ləğvi üçün müraciət etmir, konstitusiya dəyişikliyinə getmir. Bununla da sülhdən yayınır.

Prezident İlham Əliyev Kiselyova müsahibəsində bunu belə açıb: “Ermənistanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”.

Referans.az xəbər veriri ki, Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Qərbin və onun himayəsində olan Ermənistanın yalnız hüquqi cəhətdən mövcudluğunu qoruyan, faktiki olaraq isə artıq tarixin arxivində olan ATƏT-in Minsk qrupunun mövcudluğunu saxlamaq cəhdi regionda beynəlxalq hüququn aliliyin rəhbər tutularaq formalaşdırılan status-kvonu qəbul etməmək cəhdidir:

behruz

 
Bəhruz Məhərrəmov

“Görünən odur ki, Ermənistan və onun havadarları hələ də Azərbaycanla Ermənistan arasında münaqişənin “perspektivlərinə” inanır və hələ də Ermənistanın güc yol ilə 4 il əvvəlki işğal və təcavüzdə ehtiva olunan status-kvonu bərpa edəcəyinə ümid edir. Bu çərçivədə Ermənistanın Fransa, ABŞ, Hindistan və digər dövlətlər tərəfindən silahlandırılması, eləcə də Azərbaycan əleyhinə başlanan qarayaxma və böhtan kampaniyaları vahid bir siyasətin ayrı-ayrı istiqamətləridir. Lakin məsələ ilə bağlı Azərbaycanın mövqeyi kifayət qədər aydındır, ötən gün Prezident İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və “RİA Novosti” Agentliyinə müsahibəsində də ifadə edildiyi kimi, Azərbaycan milli təhlükəsizliyimizə və mənafelərimə yönəli heç bir təhdidə göz yummaq niyyətində deyil. O cümlədən də ATƏT-in Minsk qrupunun mövcudluğunu qorumaq cəhdləri belə hansısa formada qurumu dirçəldilərək bölgədə proseslərə müdaxilə etmək imkanı verməyəcək. Heç kim unutmamalıdır ki, bu bölgədə hər hansı beynəlxalq mexanizm yalnız və yalnız Azərbaycanın iradəsi ilə mövcudluğunu qoruya və fəaliyyət göstərə bilər”.  

Seçilən
17
1
referans.az

2Mənbələr