AZ

"Çelsi" onun üçün "Leypsiq" ilə əlaqə saxlayıb

"Leypsiq"in hücumçusu Benjamin Şeşko karyerasını "Çelsi"də davam etdirə bilər.

90deqiqe.Az "TEAMtalk"a istinadən xəbər verir ki, “zadəganlar”ın rəbərliyi Almaniya klubunun Çempionlar Liqasını tərk etməsindən sonra 21 yaşlı forvardın transferinin mümkünlüyünü müzakirə etmək üçün artıq "Leypsiq”lə əlaqə saxlayıblar.

Bildirilir ki, hücumu gücləndirmək üçün "Çelsi"nin qısa siyahısında olan tək sloveniyalı forvard deyil.

Bu mövsüm Şeşko bütün turnirlərdə 22 matçda meydana çıxıb, on qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, forvardın dəyəri 50 milyon avrodur.

phrase_var_article.chosen
11
90deqiqe.az

1phrase_var_article.sources