"Qarabağ"ın idman direktoru Emrah Çelikel ulduz hücumçu Juninyonun gələcəyi barədə "beIN SPORT"a açıqlama verib.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi "Sevilya"nın braziliyalı ulduzu transfer etməsi ilə bağlı bu sözləri deyib:
"Rəqəmlə bağlı (2 milyon) bir şey deməyəcəm, amma "Sevilya"dan rəsmi təklif var. Bu həftə rəsmi təklif göndərdilər. Görüş gerçəkləşdi, ancaq ilkin mərhələdə razılığa gələ bilmədik. Bu görüşlərin davam edəcəyini düşünürük".
Juninyo üçün Türkiyə Super Liqası klublarından rəsmi təklif var? sualına E.Çelikel belə cavab verib:
"Juninyo burda xoşbəxtdir, həmişə irəliləyir. "Sevilya"nın istəyi ciddidirsə, biz də öz vəziyyətimizi düşünməliyik. Qışda Juninyo kimi bir futbolçu tapa bilmərik. Azərbaycan çempionatından birini orda görmək istəyirik, amma "Qarabağ"ın da yaşamağı lazımdır. Juninyonun adı Türkiyə klubları ilə hallanmışdı, bəlkə də futbolçu və meneceri ilə görüşlər olub. Amma ilk rəsmi təklif "Sevilya"dan gəlib".