AZ

"Barselona" stadion problemi ilə üzləşdi

style='margin-bottom:10px;'>

"Barselona" Çempionlar Liqasının oyunları üçün yeni stadion tapmalı olacaq. 

QOL.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. 

Kataloniya klubu turnirin Liqa mərhələsindən sonra hazırda istifadə etdiyi Barselona şəhərinin Olimpiya stadionunda oyunlarını keçirə bilməyəcək. Buna səbəb şəhər şurasının stadion üzərində olan öhdəlikləridir. 

UEFA qaydalarına əsasən, "Barselona" pley-off matçlarını eyni stadionda keçirməlidir. İspaniya təmsilçisinin ÇL-də 8-ci yerdən aşağıda qərarlaşdığı halda, turnirin 1/16 final oyunlarını keçirməli olacaq. Həmin oyunlar isə 11 və 18 fevral tarixlərini düşür. Klubun təmirdə olan doğma meydanı "Kamp Nou" isə bu tarixə qədər hazır olmayacaq. Bu səbəbdən klub artıq yeni stadionun axtarışına başlayıb. 

Qeyd edək ki, "Barselona" ÇL-in Liqa mərhələsinin turnir cədvəlində 15 xalla 2-ci yerdədir. 1-ci yerdə 18 xalı olan "Liverpul" qərarlaşıb. 

Xatırladaq ki, "Kamp Nou" stadionu 2023-cü ilin yayından təmirdədir. 

phrase_var_article.chosen
33
teleqraf.com

1phrase_var_article.sources