AZ

Mərkəzi Bank tərəfindən “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədi təsdiqlənib » AzadMedia.az


19 dekabr 2024-cü il, Bakı: Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyinin və dayanıqlılığının təmin edilməsi məqsədilə bank sektorunun tənzimləmə və nəzarətini, o cümlədən makroprudensial siyasəti həyata keçirir. Makroprudensial siyasət çərçivəsinin təkmilləşdirilməsi və onun kommunikasiyasının genişləndirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədi hazırlanıb. Sənəddə makroprudensial siyasətin son və aralıq məqsədləri, tətbiq istiqamətləri və prosesi, institusional dizaynı, kommunikasiyası eləcə də digər siyasətlərlə qarşılıqlı əlaqəsi əks olunur.
Makroprudensial siyasətin əsas məqsədi sistem risklərinin akkumulyasiyasını aradan qaldırmaqla maliyyə sabitliyini qorumaq və onun dayanıqlılığını gücləndirməkdir. Maliyyə sektorunun dayanıqlılığı və sabitliyi uzunmüddətli dayanıqlı iqtisadi artımın əsas şərtlərindən hesab olunur. Qeyd olunan əsas məqsədə nail olmaq üçün çərçivə sənədində beş aralıq məqsəd müəyyən olunub.
Beynəlxalq təcrübədə makroprudensial siyasətin yeni çağırışlar və risklər fonunda təkmilləşdirilməsi davam edən bir prosesdir. Bu səbəbdən də çərçivə sənədində Mərkəzi Bank tərəfindən hazırda istifadə olunan alətlərlə yanaşı, gələcəkdə tətbiq oluna biləcək makroprudensial alətlərə dair məlumatlar da təqdim edilir.
Mərkəzi Bankın “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədi 2024-cü ilin dekabr ayında Pul siyasəti və maliyyə sabitliyi Komitəsində müzakirə olunaraq 12 saylı protokol qərarı ilə geniş ictimaiyyətə açıqlanması üçün təsdiq edilib.
phrase_var_article.chosen
15
16
azadmedia.az

10phrase_var_article.sources