Beynəlxalq Valyuta Fondu Ukraynaya Genişləndirilmiş Kredit Proqramı vasitəsilə alacağı təxminən 1,1 milyard dollar məbləğində maliyyə yardımı ayıracaq.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fondun kommunikasiyalar üzrə direktoru Culi Kozak bildirib.
Direktor bildirib ki, İcraçı Direktorlar Şurası dekabrın 20-də iclas keçirəcək.
O, həmçinin qeyd edib ki, bu məbləğ ayrıldıqdan sonra BVF-nin kredit proqramı çərçivəsində Kiyevə verilən vəsaitin ümumi həcmi təxminən 9,8 milyard dollar təşkil edəcək.
Müəllif: Arzu