AZ

Meyiti tapılan bloqeri kim əməliyyat edib?

Meyiti tapılan bloqeri kim əməliyyat edib?

Xəbər verdiyimiz kimi, dekabrın 18-nə keçən gecə saat 03 radələrində paytaxtın Xətai rayonu Xocalı prospekti 25 ünvanındakı idman kompleksinin həyətində 23 yaşlı Nərmin Bəylər qızı İsgəndərovanın meyiti tapılıb.Bloqer fəaliyyəti göstərən Nərminin bir neçə gün əvvəl estetik əməliyyat keçirməsi və bu səbəbdən həyatını itirməsi iddia edilib. Mətbuatda yer alan məlumatlarda əməliyyatı “Mərcan Medicare” klinikasında müvafiq lisenziyası və təcrübəsi olmayan Nurlan Həsənli tərəfindən edildiyi qeyd olunub.Klinikanın baş həkimi Araz Ağayev isə Oxu.az-a açıqlamasında əməliyyatın 1 ay əvvəl baş tutduğunu deyib: “2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızının əməliyyatı 20.11.2024 tarixində bizim klinikada plastik cərrah Oruc Məmmədov tərəfindən icra olunub. Xəstə əməliyyatdan bir neçə gün sonra kafi vəziyyətdə cərrah nəzarətində olmaqla, ambulator müalicəyə yazılıb. Bundan sonra bir-iki dəfə sarğıya gəlib, hər hansı ciddi narahatlığının olduğu müşahidə edilməyib”.Araz AğayevA.Ağayev əlavə edib ki, sonralar xəstə təkrar müayinəyə və baxışa çağırılsa da, gəlməkdən imtina edib: “Mətbuatda adı gedən Nurlan Həsənli Rusiyada tibb təhsili alıb, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikamızda həkim köməkçisi kimi fəaliyyət göstərir”.Baş həkim əməliyyata görə 5 min manat ödənilməsi iddiasını da təkzib edib və N.İsgəndərovanın ondan xeyli aşağı məbləğə əməliyyat edildiyini deyib.Nurlan Həsənli

Seçilən
5935
3
afn.az

4Mənbələr