AZ

Zelenski Trampa “birlik” çağırışı edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampdan Rusiya ilə bağlı Avropa İttifaqı (Aİ) liderləri ilə birgə hərəkət etməyi xahiş edib.
 

Sfera.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Brüsseldə keçirilən Aİ liderləri sammitində iştirak edən Zelenski görüşdən əvvəl çıxış edərək, “ABŞ, AB və Avropa qitəsindəki ölkələr arasında birliyə ehtiyacımız var” deyib.
 

Zelenski bildirib ki, "Bizə sülhə nail olmaq üçün birlik lazımdır. Yalnız ABŞ və Avropa birlikdə hərəkət edərsə, onlar Putini dayandıra və Ukraynanı xilas edə bilərlər".
 

Zelenski sammit çərçivəsində NATO-nun baş katibi Mark Rutte və Fransa Prezidenti Emmanuel Makronla da ikitərəfli görüşlər keçirib. Onun sözlərinə görə, Makronla görüşündə Fransanın Ukraynaya hərbi yerləşdirməsini müzakirə ediblər. Fransa lideri bu təklifi ilk dəfə fevral ayında səsləndirib.
 

Brüsseldən Vaşinqtona mesaj
 

Sammit ərəfəsində diplomatlar bildiriblər ki, Aİ liderləri Trampa açıq şəkildə “Avropa Ukraynanı dəstəkləməyə davam edəcək” mesajı verəcəklər. Aİ diplomatları bəyan ediblər ki, sülh sazişi yalnız Ukraynanın ərazi bütövlüyünə hörmət ediləcəyi təqdirdə mümkündür.
 

Əsas gündəliyi Ukrayna olan sammitdə Birliyə üzv ölkələrin liderlərinin Ukraynaya “sarsılmaz dəstəyini” təsdiqləmələri gözlənilir.
 

Tramp vəzifəyə başlayacağı təqdirdə müharibəni 24 saat ərzində bitirəcəyinə söz verib. ABŞ-nin Ukraynaya silah yardımına etiraz edən Tramp NATO-ya da şübhə ilə yanaşır.
 

Rusiya ordusu hazırda Ukrayna ərazisinin beşdə birini işğal edib və aylardır ölkənin şərqində yavaş, lakin davamlı şəkildə irəliləyir.
 

Ukraynanın işğalı ilə yanaşı, Tramp dövründə ABŞ-lə mümkün ticarət müharibəsi də Brüssel sammitində Aİ liderlərinin gündəmindədir. Ölkəsinə qarşı ticarətdə tarazlığın olmasından şikayətlənən Tramp Aİ-dən idxal olunan məhsullara 20 faizə qədər gömrük rüsumunun tətbiq edilməsini istəyir.

Əzizə Zeynal
 

phrase_var_article.chosen
7
sfera.az

1phrase_var_article.sources