AZ

"Göygöl Şərab Zavodu ASC" işçi axtarır - VAKANSİYA

Göygöl Şərab Zavodu ASC

Brend Təmsilçisi

Son tarix 19 yan 2025 - [email protected]

Vəzifələr:

Məhsulun tədbirlərdə təqdimatı:

  • Restoran, sərgi, və promo tədbirlərində şərabların təqdimatını təşkil etmək və keçirmək.
  • Tədbir iştirakçıları ilə qarşılıqlı əlaqə quraraq məhsulları tanıtmaq, rəyləri toplamaq və brendin tanıtımını artırmaq.
  • Ölkədaxili və ölkəxarici tədbirlərdə brendi təmsil etmək.
  • Ölkədaxili və ölkəxarici təlimlərdə iştirak etmək.

HoReCa personalı üçün təlimlərin keçirilməsi:

  • HoReCa (otellər, restoranlar, kafelər) personalı üçün təlim proqramları hazırlamaq və həyata keçirmək.
  • Personalın məhsullarımızı bilməsini və müştərilərə effektiv şəkildə tanıtmasını təmin etmək.

Hesabatlıq və təhlil:

  • Tədbirlərin nəticələrinə dair ətraflı hesabatlar hazırlamaq, demoqrafik məlumatlar (yaş, cins), müştəri rəyləri və ümumi təəssüratları daxil etmək.
  • Məlumatları təhlil edərək hədəf auditoriyasını müəyyənləşdirmək və brendin güclü və zəif tərəflərini qiymətləndirmək.

Tələblər:

  • Tədbirlərin təşkili, təlim və müştəri münasibətlərinin idarə olunması sahəsində təcrübə.
  • Yaş 20 – 35
  • Cinsi – qadın.
  • Əla ünsiyyət və təqdimat bacarıqları.
  • Azərbaycan, Rus dilləri tələb olunur, İngilis dili arzuolunandır.
  • Güclü təşkilati bacarıqlar və diqqətlilik.
  • Məlumatları təhlil etmək və praktik tövsiyələr vermək bacarığı.
  • Microsoft Office  (Word, Excel, PowerPoint)

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Brend Təmsilçisi” yazıb [email protected]  və  [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.

Seçilən
20
fed.az

1Mənbələr