AZ

Dövlət qurumu, Publik Hüquqi Şəxs işçi axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYA

Dövlət Agentliyinin tabeliyində Publik Hüquqi Şəxs

Baş mühasib

Son tarix 29 dek 2024 - [email protected]

İş saatları: 09:00-18:00

İş yeri: Bakı şəhəri, Nəsimi rayonu

Əmək funksiyaları

  • Qurumun məqsəd və hədəfləri istiqamətində çalışmalı
  • Əmək və nizam-intizam qaydalarına riayət etməli
  • Qurumun maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirməli, bunu təşkil etməli və nəzarət etməli.
  • Qurum tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirməli, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim etməli, bunu təşkil və nəzarət etməli.
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu aparmalı, təşkil və nəzarət etməlidir
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etməli.
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasını aparmalı və nəzarət etməli.
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirməli və təmin etməli
  • Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə təmin və nəzarət etməli
  • Quruma gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasını təmin və nəzarət etməli
  • Müştərilərdən köçürmə yolu ilə qurumun hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasını aparmalı və nəzarət etməli
  • Qurum adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlamalı və nəzarət etməli
  • Təşkilatın bütün struktur bölmələri ilə əməkdaşlıq etməli
  • Qurumun etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etməli
  • Tabeçiliyində olan işçilərin firmanın strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika  qaydalarına riayət etmələrini təmin etməli
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni aparmalı və təmin etməli
  • Qurumun idarəetmə orqanları tərəfindən Əmək qanunvericiliyinə uyğun ona həvalə edilən digər səlayihətləri həyata keçirməli
  • Tabe olduğu təşkilatdan gələn sorğu və hesabatların təmin edilməsi.

Vəzifə tələbləri: 

  • İqtisadiyyat sahəsində ali təhsil;
  • Azərbaycan və ingilis dillərini yaxşı bilmək (Rus dili arzuolunandır);
  • Dövlət qurumlarında 5 ildən az olmayaraq iş təcrübəsi;
  • Microsoft Office proqramları ilə işləmək bacarığı;
  • Maliyyə portallarından istifadə etmək üzrə yüksək bacarıqlar;
  • Məsuliyyət, dəqiqlik, məntiqi təhlil etmək və detallara fikir vermək qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;


Əmək haqqı:

Əmək haqqı: 2000-2500 AZN (müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.).

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini email-in mövzu hissəsində “Baş mühasib” qeyd etməklə 29.12.2024-cü il tarixinədək elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

phrase_var_article.chosen
27
fed.az

1phrase_var_article.sources