"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamala sponsorluq edən qulaqlıq markası ona əsas komanda yoldaşları üçün bir neçə nüsxə verib.
90deqiqe.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, ispan futbolçu bu qulaqcıqları Kataloniya klubunun akademiyasının oyunçularına göndərməyi təklif edib.
Lamin gənc futbolçulara 100-dən çox qulaqcıq bağışlayıb.Hər bir hədiyyə oyunçunun özü tərəfindən imzalanmış qabda verilib.
"Onu La Masia'nın oğlan və qızlarına versək, daha yaxşı olardı.Beləliklə, musiqidən həzz ala bilərsiniz."
Yamal La Masia yetirməsidir. O, 2023-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir. Hazırda futbolçunun transfer dəyəri 150 milyon avro qiymətləndirilir.