AZ

Lamborghini ilk elektrik avtomobilinin buraxılışını təxirə saldı

Lamborghini şirkəti tam elektriklə işləyən ilk avtomobilinin təqdimat vaxtının dəyişdirildiyini açıqlayıb. Şirkətin baş direktoru Stefan Vinkelmann sözlərinə görə, Lamborghini-nin ilk elektrik avtomobili əvvəllər planlaşdırılan 2028-ci ildə deyil, 2029-cu ildə bazara çıxacaq.

SİA-nın məlumatına görə, Vinkelmann bildirib ki, avtomobil bazarı 2025 və 2026-cı illərdə tam elektrikləşdirməyə hazır olmayacaq və bu baxımdan o, 2029-cu ilin elektrik Lamborghini-nin debütü üçün gec il olduğuna inanmır. Beləliklə, brend menecmentin qərarı bazara hazırlığın qiymətləndirilməsi və elektromobillərə tələbatın məhdud olaraq qaldığı idman avtomobilləri seqmentində mövcud vəziyyətlə izah olunur.

Qeyd edək ki, şirkətin rəqibləri daha sürətli templə elektrikləşdirməyə doğru irəliləyirlər.

Onu da qeyd edək ki, Lamborghini-nin əsas rəqibi Ferrari 2025-ci ilin dördüncü rübündə ilk elektrik avtomobilini təqdim etməyi planlaşdırır. Bununla belə, Stefan Vinkelmann vurğulayıb ki, Lamborghini hədəf auditoriyasının üstünlükləri əsasında yeni reallığa öz uyğunlaşma tempinə diqqət yetirir.

Nazlı Almuradova

Seçilən
29
sia.az

1Mənbələr