AZ

“Həm bombardir, həm də çempion olacam” – cəza çəkən hücumçu

1-ci liqanın 8-ci turunun “Karvan” – “Qəbələ” matçında (0:1) yaşananlara görə cəzalanan Yevlax klubunun apellyasiya şikayəti təmin olunmayıb.

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarına əsasən, matç bitəndən sonra “Karvan”ın futbolçusu Bəhruz Teymurovun hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanması, həmçinin klubun 300 manat cərimələnməsi barədə AFFAn İntizam Komitəsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bəhruz Teymurov9 qolla bombardirlər siyahısında liderdi. Ondan sonrakı pillədə hərəyə 5 qol vuran “İmişli”nin futbolçuları Seyxan Fərəcov və Pablo Enrike Alveş qərarlaşıb.

Bəs belə sərt cəza Bəhruzun bombardirlər yarışında mövqeyini əldən verməyivə səbəb olmayacaqmı? Bu sualı ona ünvanladıq:

“Düzdü, 4 oyun oynamayacam. Amma bu o demək deyil ki, məqsədimnən əl çəkmişəm. Həm bombardir, həm də çempion olacam. Hələ qarşıda iki oyun var. Çalışacağıq ki, qələbə qazanaq. Qışdan sonra da komandaya gələn futbolçular olacaq. Məqsədimiz çempion olmaqdı. Hələ ki heç nə bitməyib. Qarşıda 18 oyun var. İndidən kimin çempion olacağı bilinmir. Məqsədimiz çempion olmaqdı”.

ƏSƏD SEYİDOV
phrase_var_article.chosen
22
football-plus.az

1phrase_var_article.sources