“Tottenhem”in baş məşqçisi Ange Postekoqlou bildirib ki, futbol idarəçiliyində çalışmaq bütün sahələrdə ən çətin işdir və baş nazirin işindən daha çətindir.
90deqiqe.Az xəbər verir ki, “BBC” təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Bu iş hazırda həyatın istənilən sahəsində ən çətin işdir. Baş nazir olmaq daha çətindir? Bəli, amma neçə dəfə seçki keçirir? Məndə hər həftə sonu var. Ya qalib gəlirik, ya da uduzarıq”
59 yaşlı çalışdırıcı 2023-cü ilin iyulunda London klubuna rəhbərlik edib. Məşqçinin klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Onun rəhbərliyi altında "Tottenhem" 2023/2024 mövsümünü 66 xalla İngiltərə çempionatında beşinci yerdə başa vurub. Bu mövsüm komanda 16 turdan sonra 23 xalla Premyer Liqanın turnir cədvəlində 10-cu yerdədir.