AZ

Qəhvə nə zaman içilməlidir: Səhər, yoxsa günorta?


Ac qarına və ya axşam müəyyən bir saatdan sonra qəhvə içilməməsi uzun illərdir müzakirə olunan mövzulardan biridir. Mütəxəssislərin fikrincə, mədə narahatlığı olan insanlar səhərlər ac qarına qəhvə içməməlidilər

Bakupost.az xəbər verir ki, yeni bir araşdırmaya görə, qəhvə içməyin öz saatları var. Əks halda ciddi mənfi təsirlər mümkündür.

Bat Universitetində metabolizm fiziologiyası sahəsində tədqiqatlar aparan Ceyms Bets bu suala cavab vermək üçün araşdırmalar aparıb. Betsə görə, pis bir gecə yuxusundan sonra səhər yeməyi yemədən sərt qəhvə içmək qan şəkərinin tənzimlənməsində problemlər yarada bilər:

“Bu, yüksək qlükoza və insulin reaksiyasına səbəb olur. Yəni insanlar metabolik nəzarəti itirir. Başqa sözlə, bədəninizin səhər yeməyini emal etmək qabiliyyətinə çətinliklər yaradır”.

Şəkər səviyyəsinin bu qədər qısa müddətdə ani dəyişməsi ikinci tip şəkərli diabet və ürək xəstəliyi riskini artırır.

Betsin tövsiyəsinə görə, səhər yeməyindən bir müddət sonra qəhvə içmək daha təhlükəsiz bir seçimdir. O, İdman etməzdən əvvəl qəhvə içənlərə isə 45-60 dəqiqə gözləməyi məsləhət görür. Bu şəkildə qəhvənin təsirinin zirvəyə çatması təmin edilir.

Əvvəlki araşdırmalar da səhərlər aç qarına içilən qəhvənin zərərli ola biləcəyini göstərmişdi. Kofeinin sidikqovucu təsiri artıq insanlar arasında yaxşı bilinən bir həqiqətdir. Buna görə, həkimlər və mövzu üzrə mütəxəssislər qəhvəsiz günə başlaya bilməyənlərə ən azından səhər yeməyindən əvvəl bir stəkan sudan sonra qəhvəyə keçməyi edirlər.

Rəhman Mirzəlizadə, BakuPost
Seçilən
38
1
bakupost.az

2Mənbələr