"Qalatasaray"ın baş məşqçisi Okan Buruk qarşıdakı turda "Kayserispor"la oyun və yanvardakı transfer planı ilə bağlı sualları cavablandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 25-ci çempionluq hədəflərindən söz açan Okan Burukun sözlərinə görə. "Qalatasaray" komandası hər zaman qələbə və çempionluq üçün meydana çıxır: ""Kayserispor"la səfər matçına gəldikdə, onlar yaxşı komandadır. Bəlkə də turnir cədvəlindəki yerlərinə görə fərqli düşünənlər var, amma onlar doğma meydanlarında hücumda təəccüb yaradan komandadır. Kayseridə oyun həmişə çətin olur. Lain biz qələbə üçün meydana çıxacağıq"
Okan Buruk transferlərlə bağlı sualı da cavablandırıb: "Transfer hər zaman diqqətdə olur. Xüsusən transfer dövrü yaxınlaşdıqca, o qədər yalan-gerçək xəbərlər ortaya çıxır ki, bu da normaldır. Əlbəttə, irəliyə doğru planlar qurur, heyətimizi daha da gücləndirmək istəyirik. Ancaq hazırda bütün diqqətimiz "Kayserispor" matçına yönəlib. Bundan sonra transferlərə hakim olacağıq. Yanılmıramsa, transfer pərdəsi 13 yanvarda açılacaq...".
Fərid Aslan
MİA.AZ