AZ

"O, "Qarabağ"ı qoyub getmək istəmədi" -Əmrah Çəlikəl

“Qarabağ”ın baş direkroru Emrah Çelikel “beIN SPORTS” kanalının (Türkiyə) saytına müsahibə verib.

Fanat.Az xəbər verir ki, o, müsahibədə klubla bağlı gündəmdə olan sualları cavablandırıb.

Ötən mövsüm UEFA Avropa Liqasında fırtına kimi əsən “Qarabağ” bu mövsüm istədiyi kimi çıxış etmir. Bu problemin səbəbini nədə görürsünüz?

– Avropa Liqasındakı gedişatı biz də analiz edir və durumu anlamağa çalışırııq. Bunu liqanın yeni formatı ilə əlaqələndiririk. Ötən illər daha çox özümüzə uyğun rəqiblərlə qarşılaşardıq. İndi ilk 24-lüyə düşmək üçün 2 matçımız qalıb. Əlimizdən gələni edəcəyik.

Azərbaycan Premyer Liqasında son 10 ildə çempionluğu əldən vermirsiniz (“Neftçi”nin 2021-ci ildəki çempionluğu xaric). Bu durumdakı rəqabətsizlik Avropa arenasındakı çıxışınıza mane olurmu?

– Açığı, Avropa arenasında yarışan komandalar yerli liqalarda böyük rəqabət içindədirlər. Azərbaycan liqasında çox güclü rəqabət olmadığına görə komandamız hardasa indiki gücünün üstünə əlavə güc gətirə bilmir. Biz də rəqabəti çox istəyirik. Nəticə dəyişmir. Son 10 ildə yalnız 1 dəfə 2-ci olmuşuq. Bunlar bizi uğura doydurmur.

Başda Türkiyənin komandaları olmaqla bir neçə Avropa klubunun baş məşqçiniz Qurban Qurbanovu heyətində görmək istədiyi bildirilirdi. Bu iddialar həqiqəti əks etdirirmi?

– Türkiyə klubları məşqçimizlə danışıqlar aparmaq istədi, amma o, “Qarabağ”ı qoyub getmək istəmədi. “Qarabağ”ın güclü mənəvi ruhu var. Baş məşqçimiz də Vətəninə, bayrağına bağlı bir şəxsdir. 2008-ci ildən onunla çalışırıq. Əsla getmək kimi bir məsələ olmayıb. Bizim də sonradan eşitdiyimiz kimi, Avropa klubları onunla danışıqlar aparmaq istəyib. Amma məşqçimiz onlara da qəti cavab verib. 

“Sevilya”nın futbolçunuz Juninyonu 2 milyon avroya transfer etmək istəməsi haqda xəbərlərlə bağlı deyə bilərsiniz?

– Rəqəmlərlə bağlı fikir bildirməyəcəm. Amma “Sevilya”dan rəsmi təklif var. Təklif bu həftə göndərilib. Danışığımız olub. Amma ilk mərhələdə razılaşmadıq. Danışıqların davam edəcəyini düşünürük.

Bəs braziliyalı hücumçu üçün Türkiyə Super Liqasından təklif olubmu?

– Juninyo burada xoşbəxtdir. Daim inkişaf edir. “Sevilya”nın niyyəti ciddidirsə, bizim də öz vəziyyətimizə nəzər salmaq lazımdır. Qış fasiləsində Juninyo kimi futbolçu tapa bilmərik. Azərbaycan Premyer Liqasından kiminsə orada oynamasını istərdik. Amma “Qarabağ”ın da durumunu unutmamalıyıq. Juninyonun adı Türkiyə klubları ilə hallanmışdı. Bəlkə də futbolçunun özü və meneceri ilə danışıq olub. Amma ilk rəsmi təklif “Sevilya”dan gəldi.

 

phrase_var_article.chosen
11
11
fanat.az

10phrase_var_article.sources