AZ

Bəşər Əsədə daha bir şok: xanımı da gedir

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəd Moskvadakı həyat şəraitindən narazı qaldığı üçün boşanıb, Londona getmək istəyir.

Axar.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Bildirilir ki, bu məqsədlə Rusiya məhkəməsinə müraciət edən Əsma Əsəd Moskvanı tərk etmək üçün xüsusi icazə istəyib. Ancaq bu müraciət hazırda Rusiya səlahiyyətliləri tərəfindən qiymətləndirilir və nəticə hələ aydın deyil:

“Bəşər Əsədin sığınacaq istəyi qəbul edilsə də, onun Rusiyada hakimiyyət orqanları tərəfindən sərt məhdudiyyətlərə məruz qaldığı bildirilir. Əsədə Moskvanı tərk etmək və ya hər hansı siyasi fəaliyyətlə məşğul olmaq qəti qadağan edilib.

Bu məhdudiyyətlər Əsədin fəaliyyət məkanını ciddi şəkildə məhdudlaşdırır.

Bəşər Əsədin aktivləri və pula çıxışı da Rusiya hakimiyyəti tərəfindən dondurulub. Bu vəziyyət Əsəd ailəsinin maliyyə gücünü və gələcək təsirini məhdudlaşdırmaq üçün atılan mühüm tədbir hesab olunur.

Qərar Əsədin hərəkətlərini tamamilə Rusiyanın nəzarəti altında saxlayır.

Bəşər Əsədin qardaşı Mahir Əsədin isə sığınacaq istəyinə hələ də razılıq verilməyib. Onun ərizəsinə baxılarkən ailəsi ilə birlikdə ev dustaqlığında olduğu bildirilir. Bu vəziyyət Əsəd ailəsinin üzləşdiyi siyasi və şəxsi problemlərin miqyasını ortaya qoyur.

Əsma Əsədin Londona getmək istəyi qəbul olunarsa, Əsəd ailəsinin Rusiyadakı mövqeyi daha da zəifləyə bilər”.

Seçilən
198
1
axar.az

2Mənbələr