AZ

Elektron qaimə-fakturalar üzrə ƏDV

Mənfəət vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı bəyannaməyə əlavə olunmalı sənədlərin təqdim edilib-edilməməsinin araşdırılması, vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV və aksiz bəyannamələrinin məlumatları ilə mənfəət vergisi bəyannaməsinin müvafiq göstəricilərinin müqayisə edilərək kənarlaşmanın olub-olmamasının araşdırılması, hesablama metodu tətbiq edilməklə təqdim edilmiş mənfəət vergisi bəyannaməsindəki gəlir hissəsinin hesabat ili ərzində təqdim edilmiş elektron qaimə-fakturalar ilə müqayisəsi, təqdim edilmiş elektron qaimə-fakturalar üzrə ƏDV depozit hesabına mədaxil olunmuş vəsaitlə (avans məbləği istisna olmaqla) kassa metodu ilə təqdim olunmuş mənfəət vergisi bəyannaməsinin müqayisəsi və kassa metodu tətbiq edildikdə ƏDV bəyannaməsindəki 305-ci sətirdə daxil olmuş gəlirlə mənfəət bəyannaməsindəki ümumi gəlirin müqayisəsi (pul vəsaitinin daxil olması və xərclənməsinin açıqlamasının alınması) nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

phrase_var_article.chosen
19
heftelik.az

1phrase_var_article.sources