AZ

“Verginin hesablanması” bölməsi bu hissələrdən ibarətdir

“Vergi ödəyicisi haqqında ümumi məlumat” bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi və ya fiziki şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

“Verginin hesablanması” bölməsi aşağıdakı bu hissələrdən ibarətdir:

–  “Hissə 1” – “Hesabat dövründəki aksizlərin, o cümlədən icbari tibbi sığorta haqqının hesablanması” bölməsində tütün məmulatları və onların əvəzediciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri, elektron siqaretlər üçün maye, içməli spirt, pivə (alkoqolsuz pivə istisna olmaqla) və spirtli içkilərin bütün növləri, energetik içkilər, neft məhsulları, minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla), avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla), dövlət qeydiyyatına alınmalı olan motosikletlər, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, idxal olunan xəz-dəri məmulatları üzrə istehsal həcmləri, aksiz məbləğləri və icbari tibbi sığorta haqları barədə məlumatları özündə əks etdirir;[63]

– “Hissə 2” – “Hesabat dövründəki dövriyyə üzrə əvəzləşdirilən aksizlərin hesablanması” bölməsində istehsal məqsədləri üçün alınmış aksizli xammalın və materiaların həcmi, aksiz məbləği barədə məlumatları özündə əks etdirir;

– “Hissə 3” – “Hesabat dövründəki aksiz hesablanan dövriyyənin dəqiqləşdirilməsi” bölməsində malların xarab olması, yaxud istifadə müddətinin bitməsi səbəbindən geri qaytarılan aksizli malların həcmi (miqdarı) və xarab olmuş, yaxud istifadə müddəti bitməsi səbəbindən geri qaytarılan məhsullar üzrə büdcəyə hesablanmış aksizin azaldılması, aksizli malların istehsalçısı olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə onların sahibliyində aktivləşdirilməmiş və aksiz dərəcələrində azalma olduqda, məcburi nişan alarkən vergini yuxarı dərəcə ilə ödəmiş vergi ödəyicisi dəyişikliyin qüvvəyə mindiyi tarixə sahibliyində olan aktivləşdirilməmiş məcburi nişanlara görə ödənilmiş aksiz məbləğlərinin azaldılması və aksiz dərəcələrində artım olduqda, məcburi nişan alarkən vergini yuxarı dərəcə ilə ödəmiş vergi ödəyicisi dəyişikliyin qüvvəyə mindiyi tarixə sahibliyində olan aktivləşdirilməmiş məcburi nişanlara görə ödənilmiş aksiz məbləğlərinin hesablanması barədə məlumatlar əks etdirilir;

– “Hissə 4” – “Hesabat dövrü üzrə hesablaşmalar” bölməsində büdcəyə ödənilməli və qaytarılmalı aksiz məbləğləri, o cümlədən icbari tibbi sığorta haqları barədə məlumatları özündə əks etdirilir.

Seçilən
17
heftelik.az

1Mənbələr