Rusiyada müsəlman kişilərə obyektiv səbəblər və ərin bütün arvadlara bərabər münasibəti nəzərə alınmaqla dördə qədər dini nikah bağlamağa icazə verilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Müsəlmanları Ruhani İdarəsinin (DUM) Üləmalar (alim və ilahiyyatçılar) Şurasının sədr müavini və Moskva müftisi İldar Alyautdinov məlumat verib.
O deyib: "Kişinin eyni vaxtda ikinci, üçüncü və hətta dördüncü dini nikaha girməsinə qərar verilib onun reproduktiv yaşı və ya digər obyektiv səbəblər, məsələn, arvadın övlad sahibi olmaq istəməməsi kimi faktlar da nəzərə alınır".
Bu zaman ər bütün arvadlara bərabər maddi yardım göstərməli, müəyyən olunmuş qaydada onlarla bərabər vaxt keçirməli və hər birini ayrıca mənzillə təmin etməlidir. Bu şərtlər yerinə yetirilməsə, ikinci nikaha icazə verilməyəcək. Arvadlar digər həyat yoldaşlarının varlığından xəbərdar olmalıdırlar - əks halda qadın boşanma tələb edə bilər. Müfti qeyd edib ki, belə bir fətva çoxarvadlı kişilərlə dini nikahda olan qadınların hüquqlarının möhkəmlənməsinə kömək edəcək.