Hind okeanında Fransaya məxsus Mayotta adasında baş verən güclü qasırğa böyük insan itkisi və dağıntılarla nəticələnib.
Musavat.com xəbər verir ki, təbii fəlakətlə əlaqədar dekabrın 23-də Fransada milli matəm elan olunub.
Prezident Emmanuel Makron Mayotta adasına səfəri zamanı qasırğa qurbanlarının xatirəsinə ehtiram məqsədilə bu qərarın qəbul edildiyini bildirib.
Dekabrın 14-də başlayan qasırğa zamanı küləyin sürəti 55 m/s-i keçib. İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində 30-dan çox insan həlak olub, 1400-dən artıq şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.
Rəsmi açıqlamalarda qasırğanın adada yaşayan 310 min nəfərin 70%-dən çoxuna təsir göstərdiyi vurğulanıb. Həmçinin, zərər və tələfatların miqyasının yaxın günlərdə daha da artacağı ehtimal edilir.
Fransa hökumÉ™ti fÉ™lakÉ™tin nÉ™ticÉ™lÉ™rini aradan qaldırmaq üçün tÉ™cili tÉ™dbirlÉ™r planı hazırlayıb. Yardım kampaniyalarında beynÉ™lxalq təşkilatlar vÉ™ xilasedici qrupların iÅŸtirak edÉ™cÉ™yi gözlÉ™nilir.Â
Â
Musavat.com