AZ

Ümummilli Lider Heydər Əliyevin Mərakeşə səfərinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı. Trend:

Rabatın 4 orta məktəbində Azərbaycan xalqının Ümummilli LideriHeydər Əliyevin Mərakeş Krallığına tarixi səfərinin 30 illiyinə və2024-cü ilin “Yaşıl Dünya naminə Həmrəylik İli”nə həsr olunmuştədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının MərakeşdəkiSəfirliyi, Rabatın Aqdal Riyad Meriyası və Rabat Regional MilliMəktəbəqədər Təhsil və İdman İdarəsinin sıx əməkdaşlığı şəraitindəbaş tutub.

Trend xəbər verir ki, RabatınAqdal Riyad rayonunun 4 məktəbində (Lycée des Orangers, CollègeMouad Bno Jabal, Collège Imam Alboukhari və L’Ecole la Belle Vue)Ulu Öndər Heydər Əliyevin Mərakeş Krallığına səfərinin 30 illiyimünasibətilə 30 ağac əkilib. Bu addım təbiətin qorunmasına töhfəilə yanaşı, Azərbaycan və Mərakeş arasında dostluq və əməkdaşlığınmöhkəmlənməsinə xidmət edir. Əlamətdar hadisənin və həmrəyliyinuzun illər yadda qalmasını təmin etmək məqsədilə hər bir məktəbdəxüsusi lövhə vurulub.

Tədbirdə Azərbaycan Respublikasının Mərakeşdəki Səfiri, RabatınAqdal Riyad Meri və Rabat Regional Milli Məktəbəqədər Təhsil vəİdman İdarəsinin nümayəndəsi çıxış edərək Heydər Əliyevin Mərakeşəsəfəri, COP29 çərçivəsində Mərakeşin Hökumət Başçısının ƏzizAxanuşun Bakıda keçirdiyi görüşlər haqqında danışıblar. Eynizamanda, tədbirin həm ətraf mühitin qorunması, həm də iki ölkəarasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsibaxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tədbir çərçivəsində məktəblilər tərəfindən nümayiş etdirilənsəhnəciklər, rəsm əsərləri və xəttatlıq sənətinə dair təqdimatlartədbir iştirakçılarının xoşuna gəlib.

Seçilən
27
az.trend.az

1Mənbələr